Lənkəranda yaşayış binasında yanğın – 90 yaşlı qadın yanaraq öldü

Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.

 

Viral.az məlumatına görə, hadisə Girdəni kəndində baş verib.

Son Yazılar:

 

Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirib. Meyit müayinə üçün morqa təhvil verilib.

 

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.