“İyunun 30-da Abdullah Zubirin bizimlə müqavilə müddəti bitir. O, azad agent kimi istənilən kluba gedə bilər”.
Viral.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov 32 yaşlı yarımüdafiəçinin hazırlıqlara qoşulmaması barədə danışarkən deyib.
Klub rəsmisi fransalı oyunçunun komandada qalmasında maraqlı olduqlarını bildirib: “Danışırıq. İnanırıq ki, yaxın günlərdə danışıqları yekunlaşdıracağıq”.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.