ICESCO-nun baş direktoru Şuşada

Dr. Salim AlMalik ICESCO-nun baş qərargahında keçirilən “Şuşa Günləri” tədbirində çıxış edib

Viral.az xəbər verir ki, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Mərakeş Krallığının Rabat şəhərində, ICESCO-nun baş qərargahında keçirilən “Şuşa günləri” tədbirində ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik çıxış edib.

ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik çıxışında Şuşa şəhərinin tarixi keçmişindən, onun müharibədən əvvəlki və müharibədən sonrakı vəziyyətindən, əsrarəngiz təbiətindən və mədəniyyət paytaxtı kimi əhəmiyyətindən danışıb. Dr.Salim AlMalik nitqinə başlamazdan öncə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovu, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovu və diplomatik korpusun nümayəndələrini salamlayıb, daha sonra Azərbaycanın mədəni irsinin dərin köklərini və bu irsin dünya mədəniyyətinə olan təsirini vurğulayıb.
Çıxışında xüsusilə Xarıbülbül çiçəyi haqqında geniş məlumat verən Dr.Salim AlMalik Şuşanın rəmzi olan bu çiçəyin Azərbaycanın simvolik bitkilərindən biri olması, onun tarixi, əfsanələri və estetik gözəllikləri haqqında maraqlı faktlar bölüşüb. Dr.Salim AlMalik əlavə edib ki, Xarıbülbül həm də Şuşanın mədəni və təbii gözəlliyini simvolizə edərək Azərbaycan xalqının təbiətə olan sevgisini əks etdirir.

Son Yazılar: