Norveç Fələstini rəsmən tanıdı

Norveçin Fələstini müstəqil dövlət kimi tanıması barədə qərar qüvvəyə minib.

 

Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eydenin hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.

Son Yazılar:

 

“30 ildən artıqdır ki, Norveç Fələstin dövlətini ən çox dəstəkləyənlərdən biridir. Bu gün Norveçin Fələstini rəsmi olaraq dövlət kimi tanıması Norveç və Fələstin arasındakı münasibətlərdə mühüm mərhələdir”, – bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, Norveç hökuməti mayın 22-də Fələstini müstəqil dövlət kimi tanımaq qərarını açıqlayıb. Bu barədə İrlandiya və İspaniyanın hakimiyyət orqanları da məlumat verib.