Beynəlxalq Məhkəmə Şoyqu və Gerasimovun həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

 

Viral.az xəbər verir ki, bu barədə BCM məlumat yayıb.

Son Yazılar:

 

Qərara görə, onlar 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında törədilmiş hərbi cinayətlərdə, xüsusən mülki və enerji obyektlərinə hücumlarda, habelə insanlığa qarşı cinayətlərdə şübhəli bilinirlər.