Daha bir ölkə Putinə başsağlığı VERDİ

 Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Dağıstanda törədilən terror aktlarını pisləyib, həlak olanların ailələrinə, eləcə də Rusiya hökumətinə başsağlığı verib.

Bu barədə Viral.az “TASS”a istinadən xəbər verir.

“Səudiyyə Ərəbistanı Krallığı Dağıstan Respublikasında dini ibadət yerlərində çoxsaylı təhlükəsizlik qüvvələrinin və mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnən terror aktlarını pisləyir”, -nazirliyin “X” (keçmiş “Twitter”) səhifəsində dərc olunan bəyanatında deyilir.

Son Yazılar:

Sənəddə vurğulanır ki, Səudiyyə Ərəbistanı terrorizmin, ekstremizmin və mülki şəxslərə hücumun bütün formalarını rədd edir. Departament həlak olanların ailələrinə, Rusiya Federasiyası hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib və həmçinin yaralıların tezliklə sağalmasını” arzulayıb.

Yusif EYVAZLI