Leyen yenidən Avrokomissiya sədri olacaq

Avropa İttifaqının liderləri Ursula fon der Leyeni yenidən Avropa Komissiyasının rəhbəri təyin etmək barədə razılığa gəliblər.

 

Viral.az xəbər verir ki, Leyen növbəti müddətə Avrokomissiyaya sədrlik edəcək.

Son Yazılar:

 

Avropa İttifaqı Şurasının yeni sədri isə Şarl Mişelin yerinə Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta olacaq.

 

Liderlər həmçinin Avropa diplomatiyasının rəhbəri vəzifəsinə Jozep Borelin yerinə Estoniyanın baş naziri Kaya Kallasın namizədliyini irəli sürmək barədə razılığa gəliblər.