Dağıstandakı terror ölənlərin sayına görə 15 ilin ən böyük HADİSƏSİDİR

RF Dağıstanda baş verən terror aktı ən azı son 15 ildə öldürülən polislərin sayına görə ən böyük terror aktıdır.

 

Viral.az xəbər verir ki, bununla bağlı “Vyorstka” layihəsi araşdırma aparıb.

Son Yazılar:

 

İyunun 23-ü axşam saatlarında Mahaçqala və Dərbənddə baş verən atışma nəticəsində 16-sı polis olmaqla 25 nəfər ölüb. Bu, 2010-cu ildən bəri polis əməkdaşları arasında qurbanların sayına görə ən böyük terror aktıdır.

 

Belə ki, 2010-cu il martın 31-də Kizlyarda iki partlayış baş vermişdi, onlardan biri kamikadzenin iştirakı ilə olmuşdu. Nəticədə 9 polis və bir müstəntiq ölüb.

 

2010-cu ilin avqustunda Doku Umarovdan ayrılan silahlılar Kadırovların ata-baba kəndi olan Tsentaroya hücum ediblər. Bu hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.

 

2012-ci ilin mayında Dağıstanda “ikiqat” terror aktı baş vermişdi. Mahaçqalada polis postunda baş verən iki partlayış nəticəsində 7 polis ölüb.

 

Ölən polislərin sayına görə ən ölümcül (2010-cu ildən bəri) terror aktı 2014-cü ilin dekabrında silahlıların Qroznıya hücumu olub. Çeçenistan hakimiyyətinin məlumatına görə, o zaman 14 polis əməkdaşı öldürülüb.

 

Dağıstandakı terror hücumu polis əməkdaşları arasında və daha uzun müddət ərzində qurbanların sayına görə ən böyüyü ola bilər, çünki 2010-cu ildən əvvəlki bəzi hücumlar üçün qurbanlar haqqında ətraflı məlumat yoxdur.

 

2004-cü ildə Beslandakı 1 nömrəli məktəbin mühasirəsi – itkilərə görə Rusiya tarixində ən böyük terror aktı – ən azı 15 polis əməkdaşının həyatına son qoyub.

 

2009-cu ildə Nazran rayon polis şöbəsinə edilən hücumda isə azı 25 nəfər həlak olub, onlardan neçəsinin polis olduğu məlum deyil.