Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dövlət protokolunda səhər saatları üçün nəzədə tutulan ənənəvi tədbirə vaxtında getməyib.
Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan “Sardarabat” abidəsini ziyarət etməyi təxirə salmaqla əleyhdarlarının planını pozub. Çünki səhər saatlarında “Sardarabat” abidəsinə yürüş edən keşiş Baqrat Srbazan öz tərəfdarları ilə Paşinyanın memorial kompleksinə gəlişini gözləyirdi. Lakin baş nazir həmin tədbirə getməyi təxirə salmaqla orada baş verə biləcək qarşıdurmanı zərərsizləşdirmiş olub. Bununla da o, taktiki və strateji baxımdan vacib addım atıb. Halbuki, Baqrat Srbazan və tərəfdarları “Sardarabat” kompleksində təxribat baş verməsinin və toqquşmanın marağında idilər.
Keşiş və tərəfdarları memorial komlkeksini tərk edəndən sonra baş nazir Nikol Paşinyan “Sardarabat” abidəsini ziyarət edib. Baş nazir Ermənistan prezidenti və parıamentin sədri ilə birlikdə “Sardarapat” abidənin önünə gül dəstələri qoyub. Nikol Paşinyan burada çıxış da edib.
Son Yazılar:
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
Qeyd edək ki, Ermənistanda ali hakimiyyət nümayəndələrinin “Sardarabat” abidəsini ziyarət etməsi çox önəmli sayılır. 1918-ci il mayın 21-dən 29-na qədər davam etmiş “Sardarabat” döyüşündə erməni qoşunları Osmanlıya qalib gəlmişdilər. Daha sonra paytaxtı İrəvan olan Ermənistan Respublikası elan olunmuşdu. //modern.az