25 iyun 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən Viral.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov rəhbərlik edib.
Son Yazılar:
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
- DİM bu şəxslər üçün müsabiqə elan ETDİ
- DİM həqiqi hərbi xidmətə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan ETDİ
Ətraflı
Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb