Avro 2024-ün qrup mərhələsinin III turunun Danimarka yığması ilə oyunu öncəsi Serbiya millisinin azarkeşləri polislə toqquşub.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, C qrupunun oyununa ev sahibliyi edəcək Münxendə azarkeşlərlə polis arasında qarşıdurma baş verib . Daha sonra onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının ünvanına təhqiramiz şüarlar səsləndirməyə başlayıblar.
Tərəfdarlar bibər qazından istifadə edən polisə şüşə atmağa başlayıblar. Qanunu pozanlardan biri saxlanılsa da, digər azarkeşlər onu azad edə biliblər. Hazırda polisin vəziyyətə nəzarət etdiyi bildirilir.
Son Yazılar:
Serbiya və Danimarka yığmaları arasında görüş iyunun 25-də baş tutacaq. Avro 2024-də mübarizəni davam etdirmək üçün serblərə qələbə lazımdır.
(redaktor.az)