Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil.
Viral.az xəbər verir ki, bu barədə qafqazinfo.az-a açıqlamasında onun atası Azər Cabbarov bildirib.
Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru olan A.Cabbarov oğlunun ölüm səbəbinin ekspertiza rəyinin açıqlanmasından sonra məlum olacağını əlavə edib.
Son Yazılar:
- 1500 məktəb bağlanır? – Nazirdən AÇIQLAMA
- Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏK
- “Gənclik” NMM-ə avtobusların girişi MƏHDUDLAŞDIRDI
Qeyd edək ki, Polşanın Krakov şəhərində yaşayan və magistr təhsili alan Xəzər Cabbarlı sentyabrın 19-da qəfil dünyasını dəyişib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub.