İstirahət mərkəzində bədbəxt hadisə – Suya tullanarkən başı daşa dəyib öldü

Cəlilabad rayon sakini Masallıda ölüb.

 

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Son Yazılar:

 

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

 

Meyit aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.