General-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunmasından sonra müddətli həqiqi hərbi xidmətdə olanlara iki dəfə məzuniyyət verilir.
Maraqlıdır bu dəyişiklik nə ilə əlaqələndirilir?
Viral.az xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bunları deyib:
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
“Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçulara məzauniyyət qanunvericiliyin tələblərinə uyğun verilir. Bu, komandanlığın dəyişməsi ilə əlaqədar proses deyil. 1,5 il və ya 1 il müddətli hərbi xidmət hərbi qulluqçularına xidmət dövründə cəmi bir dəfə – 10 gün məzuniyyət təqdim edilir. Lakin xidmət müddətində xüsusi fərqlənən hərbi qulluqçulara mükafat məqsədi ilə komandanlıq tərəfindən əlavə məzuniyyət verilə bilər. Üçüncü məzuniyyət yaradan məsələ isə müalicədə olan hərbi qulluqçülara aiddir. Onlar da müəssisə rəhbərinin təqdimatı əsasında komandanlıq tərəfindən məzuniyyətə buraxıla bilərlər”. //modern.az