Ötən axşam Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilib.
Viral.az xəbər verir ki, çempionatda daha 4 matç oynanılıb.
D qrupunda Niderland Avstriyaya 2:3 hesabı ilə uduzub, Fransa isə Polşa ilə 1:1 hesablı heç-heçə edib. Bununla da Avstriya qrup lideri kimi, Fransa isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Polşa yarışda mübarizəni başa vurub. Niderland isə qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komandadan 1-i kimi pley-offa adlayıb.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə 0:0 hesablı bərabərə qalıb. Bu nəticələrdən sonra İngiltərə 5 xalla qrup 1-cisi, Danimarka 3 xalla qrup 2-cisi olaraq pley-offa yüksəlib. Sloveniya isə 3-cü yeri tutan ən yaxşı 4 komandadan 1-i kimi növbəti mərhələyə adlayıb.
D qrupu, 3-cü tur
Niderland – Avstriya – 2:3
Fransa – Polşa – 1:1
İngiltərə – Sloveniya – 0:0
Danimarka – Serbiya – 0:0