Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərin və xəsarət alanların kimliyi məlum olub.
Viral.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Lazımov Məqsəd Həbib oğlu (1955-ci il təvəllüdlü) və həyat yoldaşı Hüseynova Qənirə Ağalar qızı (1958) aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Qəza zamanı həmçinin onların kürəkənləri – Rəsulov Elşad Kazım oğlu (1980), Yusifov Vüsal Fazil oğlu (1979), qızları – Rəsulova Ruhanə Məqsəd qızı (1984), Yusifova Xəyalə Məqsəd qızı (1982) və sürücü Qocayev Elnur Novruz oğlu (1988) xəsarət alıblar.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. // report