Argentina milli futbol komandasının hücumçusu Lionel Messi Çili yığması ilə Amerika Kubokunun qrup mərhələsinin oyununda sağ budunun adduktor əzələsində zədə aldığı üçün müayinə olunacaq.
Viral.az xəbər verir ki, bu barədə “TyC Sports” telekanalı məlumat yayıb.
İyunun 26-da Argentina yığması Çili komandasına qalib gəlib (1:0). İlk hissədə Messinin ayağı buzlanıb və buduna masaj edilib.
Son Yazılar:
- Ən ürəksiz BÜRCLƏRİN reytinqi
- Livanda BMT-nin 4 sülhməramlısı YARALANDI
- Türkiyədə terror aktı törətməyə hazırlaşan xüsusi təlim keçmiş terrorçu həbs OLUNDU
“Bu, məni bir az narahat edir, amma oyunu bitirə bildim. Ümid edirəm ki, ciddi bir şey yoxdur. Sonra nə olacağını görəcəyik”, – deyə Messi bildirib.
Argentina millisi iki turdan sonra 6 xal toplayıb və Amerika Kubokunun ilk 1/4 finalçısı olub. Argentinalılar qrup mərhələsinin son oyununu iyunun 30-da Peru komandasına qarşı keçirəcək.
Yusif EYVAZLI