Pələng evə qayıdan fermeri YEDİ

Hindistanda pələng evə qayıdan fermerə hücum edib.

Viral.az xəbər verir ki, bu barədə “Times of India” yazır.

Qərbi Benqaldan olan 55 yaşlı fermer Puranlal 19 iyun Çərşənbə günü 30 yaşlı oğlu Bhaqvan Das ilə tarlaya işləməyə gedib. Pis hava şəraitinə görə onlar evə qayıtmaq qərarına gəliblər. Qabaqda gedən Das atası arxada qalaraq təkbaşına evə çatıb. Puranlalı gözləmədən kişi onu axtarmağa gedib və ertəsi gün səhər onun kəsilmiş cəsədini tapıb.

Son Yazılar:

Məlum olub ki, fermeri pələng parçalayıb və pələng onu tutub qonşu sahəyə sürükləyib. Puranlalın heyvanın yediyi bir ayağı yox idi və gövdəsində də dişləmə izləri tapılıb. Polisin bildirdiyinə görə, hadisə “Pilibhit” Pələng Qoruğunun təxminən iki kilometrliyində baş verib.

Puranlalda baş verən faciəli hadisədən sonra kənd sakinləri və ailə üzvləri etiraz aksiyası keçiriblər. Bölgə rəisi Alok Kumar Sinqh, rayon meşə məmuru Anjani Kumar Şrivastav və polis bölməsinin əməkdaşı Robin K. Sinqh etirazçıları sakitləşdirib. Srivastavanın sözlərinə görə, kişinin cəsədinin yaxınlığında pələng pəncəsi izləri aşkar edilib və yırtıcı heyvanın tapılması istiqamətində araşdırma aparılır.

Yusif EYVAZLI