Şimali Koreya hipersəs raketinin uğursuz buraxılmasını keçirib.
Viral.az xəbər verir ki, AFP-nin Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, Pxenyan yaxınlığındakı ərazidən buraxılan raket təxminən 250 kilometr uçaraq suya düşüb.
Son Yazılar:
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
- Hizbullah İsrail qərargahına zərbə endirdi
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
Buraxılışı Yaponiya Sahil Mühafizəsi təsdiqləyib.
Bundan əvvəl Şimali Koreya mayın 30-da raket sınağı keçirmişdi. O zaman Seul Pxenyanın 10-a yaxın yaxınmənzilli ballistik raket buraxdığını bildirmişdi.
Mütəxəssislər Şimali Koreyanın artilleriya və qanadlı raketlərin istehsalını artırdığını, həmçinin Ukraynada istifadə üçün Rusiyaya sursat göndərməzdən əvvəl onların sınaqlarını artırdığını irəli sürürlər.