Lerikdə torpaq sürüşməsi – Lənkəran

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran – Lerik yolu bağlanıb.

 

Viral.az-ın məlumatına görə, bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.

Son Yazılar:

 

Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.

 

Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.

 

Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.(APA)