Bina Təftiş və Zəlzələ Mühəndisliyi Dərnəyinin Bursa Şöbəsinin (YDDMD) sədri Serkan İşıq Bursadakı 53 nəfərlik bir qrup ilə təxminən 8 aydır davam edən işlərindən danışıb.
Viral.az xəbər verir ki, sədrin sözlərinə görə, Bursanı 7,7 bal gücündə zəlzələ gözləyir. Bildirilib ki, hazırda istifadə edilən binalar 1950-ci ilə aid binalardır. Şəhərdə zəlzələ baş verərsə, mərkəzdən keçən yoldan başqa alternativ yoxdur:
“Hər kəs İstanbuldan danışır, amma İstanbul özünü yeniləyir. Ancaq Bursada istənilən gəlir əldə olunmadığı üçün özəl sektor yeni qəsəbələrə üz tutur. Son seçkilərdən təxminən 3 ay keçib, amma heç kim şəhər infasturkturunun təkmilləşdiriməsindən danışmır. Bu, hər kəsi riskə atmaq deməkdir. Hər kəs bilməlidir ki, Bursa 6,5 ballıq zəlzələyə tab gətirə bilməz”(Sfera.az).
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI