Təyyarə məcburi eniş etdi – Suya düşdü

Kalininqrad vilayətində yüngül mühərrikli təyyarə məcburi eniş edərək suyun üzərinə düşüb.

Viral.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi “Telegram” kanalında məlumat yayıb.

Təyyarə Kalininqrad vilayətində Meçta SNT yaxınlığında məcburi eniş edib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Son Yazılar:

“Müstəntiq baş verənlərin bütün hallarını, səbəblərini və şərtlərini müəyyən etməyə yönəlmiş bir sıra yoxlama tədbirləri təşkil edib”, – İstintaq Komitəsi bildirir.

Nəzarət agentliyinin TASS-a verdiyi məlumata görə , təyyarənin göyərtəsində iki nəfər olub – onlardan heç biri xəsarət almayıb.

Yusif EYVAZLI