Boliviyada üsyançılar polisi öz tərəflərinə çəkməyə çalışıb

“Ölkə hökumətinə qarşı çıxan boliviyalı general Xuan Xose Zuniqa polisi öz tərəfinə çəkməyə çalışıb”.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo məlumat verib.

“Mənim göstərişimlə polis rəisi prezident sarayına gəldi, o, binaya girmək istəyəndə Zuniqa onun yanına gəlməsini istədi və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini, planının olduğunu söyləməyə başladı. O, silahlı qüvvələr tərəfindən dəstəkləndiyini və yalnız polisin itdiyini söylədi”.

Son Yazılar:

Onun sözlərinə görə, polis rəisi cavab verib ki, konstitusiyaya riayət etmək üçün verdiyi andı pozmaq niyyətində deyil.

Del Kastilyo onu da bildirib ki, Zuniqa həbs olunduqdan sonra artıq ilk dəfə dindirilib.

“Bu gecə prokurorluq və polisin kifayət qədər işi olacaq. Amma onlar əmindirlər ki, bütün iştirakçılar, gizlədilənlər və şəriklər həbsxanaya düşəcək”, – nazir bildirib.

(redaktor.az)