Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Viral.az xəbər verir ki, bu barədə XİN-in məlumatında qeyd edilib.
“Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub”, – məlumatda vurğulanıb.