Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1260 hərbçisini itirib.
Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son Yazılar:
- Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ
- Kolleclərin boş qalan plan yerlərinə qəbul elan EDİLDİ
- Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 539 320 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 9 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.