Çin hakimiyyəti ölkənin zərər çəkmiş ərazilərində yağıntıların nəticələrini aradan qaldırmaq üçün 496 milyon yuan (təxminən 69,5 milyon dollar) ayıracaq.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Maliyyələşdirmə Maliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin xətti ilə gələcək. Oxşar məqsədlər üçün ayrılan əvvəlki yardım paketi 346 milyon yuan (təxminən 48,7 milyon dollar) təmin edib.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Bu vəsait zərər çəkmiş ərazilərdə yağıntılar nəticəsində yaranan daşqın və sürüşmələrin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Qeyd edək ki, son bir neçə həftə ərzində yağan yağışlar əsasən Çinin şərq və cənub bölgələrində bir çox icmalara ciddi ziyan vurub. Bir neçə onlarla qurbanın olduğu bildirilir. Ölkənin bəzi hissələri güclü yağışlar səbəbindən hələ də ən yüksək təhlükə səviyyəsində qalır.
(redaktor.az)