-->

Vaşinqton meri 28 Mayla bağlı bəyannamə imzaladı

1716910377 c8e585be 3a4e 3a98 ad94 031379cd116b 850

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.

 

Viral.az xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.

Son Yazılar:

 

Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb.

 

Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub.

 

Mer Bouzer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib.

 

Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib. (Report)

 

1716910379 c853fba1 0f04 39eb b022 7ce47fcb77a5