Şəmkirdə 52 yaşlı kişi itkin düşüb

Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğlu iyunun 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Viral.az-a verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm, ağ saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində zolaqlı köynək, qara şalvar və qara rəngli ayaqqabı olub.

Son Yazılar:

 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəmkir Rayon Polis Şöbəsinin (022)305-28-02 şəhər və 050-341-05-58 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Xaliq Pənahovun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.