Xaricdə təhsil almış və dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.13-cü maddəsinə əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir.

 

Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Son Yazılar:

 

Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, 2022-ci 28 fevral tarixli Sərəncamı ilə isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

 

Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş yuxarıda göstərilən dövlət proqramları çərçivəsində xaricdə təhsil almış şəxslər dövlət qulluğuna qəbul edilmək üçün vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət etməli və müvafiq sənədləri (dövlət proqramı çərçivəsində xaricdə təhsil aldıqlarını təsdiq edən sənədi, müvafiq təhsil haqqında dövlət sənədini, o cümlədən tanınma şəhadətnaməsini, kadrlar uçotunun şəxsi vərəqəsini) təqdim etməlidirlər.

 

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər əlavə məlumat üçün Dövlət İmtahan Mərkəzinin məsul şəxsləri ilə (Tel.: (012) 310 53 16 (daxili 1751,1746) e-mail: [email protected] ) əlaqə saxlaya bilərlər.