Sabiq müdafiə naziri hakim partiyadan qovuldu

Çinin keçmiş müdafiə naziri Li Şanfu Çin Kommunist Partiyasından xaric edilib.

 

Viral.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Son Yazılar:

 

Qeyd olunub ki, o, “intizamı ciddi şəkildə pozduğuna” görə partiya üzvlüyündən çıxarılıb. Li Şanfu rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

 

Bildirilib ki, onun hərəkətləri “Çin Xalq Respublikası Kommunist Partiyasına, milli müdafiəyə, hərbi inkişafa, yüksək səviyyəli rəhbər heyətin imicinə xələl gətirib”.