Sertifikasiyada riyaziyyatdan suallar asan deyildi

Sertifikasiya imtahanlarında riyaziyyat fənninin sualları asan deyildi.

Viral.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma-2024: Peşəkar müəllim- Keyfiyyətlə təhsil” adlı konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəziləri riyaziyyat fənnindən sualların asan olduğunu deyir, lakin asan olsaydı, hamı yüksək bal  toplayardı.

Son Yazılar:

“Riyaziyyat müəllimlərinin nəticələri müsbətdir. 90 faiz müəllim imtahanı uğurla başa vurub. Onlardan 46 faizi yüksək nəticə qazanıb. Lakin sualların asan olması ilə bağlı fikirlər doğru deyil. Əgər asan olsaydı, 10 faiz kəsilməzdi”,- deyə o bildirib.