Birinci Qarabağ müharibəsinin şəhidi Zeynalov Ucar Fidail oğlunun cəsədinin qalıqları iyunun 27-də doğulduğu Göygöl rayonuna gətirilib.
Viral.az xəbər verir ki, şəhid Ucar Zeynalovla keçirilən vida mərasimindən sonra Göygöl rayon Pənahlılar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Göygöl Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, məzarına tər güllər düzülüb, əklil qoyulub.