Trampın qələbəsi gözlənilməz nəticələrə gətirib çıxaracaq

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi ABŞ qoşunlarının Cənubi Koreyadan çıxarılmasına səbəb ola bilər ki, bu da Asiya ölkələrində nüvə balansında dəyişikliklərə səbəb olmalıdır.

Viral.az xəbər verir ki, bu barədə ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) vitse-prezidenti Viktor Ça “Foreign Affairs” jurnalı üçün məqaləsində yazıb.

“Tramp həmçinin ABŞ əsgərlərini Cənubi Koreyadan çıxara bilər… Belə bir ssenari, demək olar ki, bütün Koreya yarımadası üçün nüvə potensialının inkişafına gətirib çıxaracaq”, – Ça yazıb.

Son Yazılar:

Bundan əvvəl “Bloomberg” yazıb ki, ABŞ, Cənubi Koreya və Yaponiya bu il KXDR-dən gələn nüvə “təhdidinə” qarşı çıxmaq üçün tərəfdaşlıq sazişi imzalayacaqlar. Cənubi Koreyanın müdafiə naziri Şin Vonsik bildirib ki, o, müvafiq sənədi imzalamaq üçün tezliklə amerikalı və yaponiyalı həmkarları ilə görüşəcək. Onun sözlərinə görə, prioritet Şimali Koreyanın nüvə və raket təhdidlərinə daha effektiv, tez və ardıcıl cavab verməyə imkan verən sistem yaratmaq olacaq.

(redaktor.az)