Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat alıb.
Viral.az xəbər verir ki, o, I təsnifat mərhələsində Albaniyanın “Vlazniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.
Son Yazılar:
- ABŞ idxal rüsumlarını tətbiq etməyə davam edəcək
- Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı
- Azərbaycanın qadınlardan ibarət millisi Monteneqro ilə heç-heçəyə razılaşıb
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərindəki “Loro Boriçi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.