Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.
Viral.az xəbər verir ki,Tərəflər arasındakı məhkəmə prosesi başa çatıb. Müşviq hər iki məhkəməni uduzub. Qərara əsasən o, qarşı tərəfə 26 min manat təzminat ödəyəcək.
Tanınmış film istehsalçısı “Cinemazadeh”in direktoru Cəfər Axundzadə də M.Şahverdiyevi onu təhqir etdiyi üçün məhkəməyə verib. Məsələ ilə bağlı açıqlama verən C.Axundzadə bunları söyləyib:
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Mənim haqqımda qeyri-etik ifadələr işlətmişdi. Buna görə də cinayət işi açılmışdı. Məhkəmə məni haqlı çıxartdı. Bunun üçün Müşfiq böyük məbləğ ödəməyəcək. Sadəcə, məhkəmə xərclərini və cüzi məbləğ ödəməlidir. Mən heç bir təzminat tələb etməmişəm. Guya, mən Müşviqin həbs olunmasını istəyirəm? Müşfiq mənim yanımda başqa söz danışır, gəlib üzr istəyir. Məhkəmədə deyir elə ifadələr işlətməmişəm. Amma kənarda başqa sözlər deyir”.
C.Axundzadə əlavə edib ki, digər məhkəmə isə şirkətlə aktyor arasında olub. Buna görə isə aktyor şirkətə 26 min manat təzminat ödəməlidir.
Qeyd edək ki, tərəflər arasındakı qalmaqala səbəb şirkətin M.Şahverdiyevi filmə çəkmək istəməsi, amma sonradan bunun baş tutmaması olub.
Müşviq bildirib ki, sözügedən şirkət 3 film üçün ona 25 min manat avans ödəyib:
“3 film üçün 3 il əvvəl 2019-cu ildə avans ödəyiblər. Deyiblər ki, bu yay, qış heç bir filmə çəkilmə, film çəkiləcək. Filmin ssenarisi, komandası yox, gəlib məndən avans tələb edirlər. Hansı filmdir ki, mən çəkilişə getməmişəm? Yalandan, tutar qatıq, tutmaz ayran edib. Müşviq aldığı avansa görə, nə qədər işdən olub. Üç filmdən heç birinin yarısı çəkilməyib. 25 min manat ödəniş ediblər. Başqa layihələrdə yer almağıma icazə verməyiblər. Qarşı tərəf şərtlərə əməl etməyib. Mən onları məhkəməyə verməkdən, onlar məni verib. İndi məndən 90 min manat təzminat tələb edir ki, gəlməmisən, ziyana salmısan”.
Aktyor daha sonra C.Axundazədinin ünvanına qeyri-etik ifadələr işlədərək “Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir, hansıki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normal adam kimi qəbul etmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır” açıqlamasını verib. (axsam.az)