Maldiv adalarında nazirlərdən biri ölkə prezidentinə cadu etdiyi üçün həbs edilib
Viral.az xəbər verir ki, bu barədə yerli “The Sun” qəzeti yazıb.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Məlumata görə, Maldiv adaları polisi ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Ali Saleemi həbs edib.
O, ölkə prezidenti Məhəmməd Muizuya qarşı cadu etməkdə şübhəli bilinir.
Naazir iyunun 23-də nəzarətə götürülüb. Onunla birlikdə qohumlarından biri və cadugər olduğu iddia edilən şəxs həbs edilib.
Mətbuatda yayılan məlumatlara görə, həbs edilən şəxslər xanım nazirin yenidən prezidentə yaxın olması üçün cadu mərasimində iştirak ediblər.
O, ekologiya naziri olana qədər prezident sarayında işləyib. Bundan əlavə, onun keçmiş əri əvvəllər prezidentin yaxın adamlarından biri olub və nazir vəzifəsində çalışıb, lakin bir neçə ay əvvəl o, işdən çıxarılıb.
Cadugərlik Maldiv adalarında cinayət sayılmır, lakin şəriət qanunlarına görə altı aylıq həbslə cəzalandırılır.