Cəlilabad rayon Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarıında uşaq boğularaq ölüb.
Viral.az APA-ya istinadən xəbər verir ki, suda batan şəxs Cəfərxanlı kənd sakini 11 yaşlı Səməd Amil oğlu Mənsurov öz həmyaşıdı ilə çimmək məqsədi ilə gəlib. İlk olaraq suya daxil olan Səməd, boğulma təhlükəsi ilə üzləşib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Bunu görən digər yeniyetmə özünü itirib və ordan uzaqlaşıb. Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsin xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.
Paralel olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağrılıb.
Xilasedicilərin köməyi ilə uşağın meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
18:16