Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır.
Viral.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib.
Son Yazılar:
- Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI
- İstanbulda aparılacaq danışıqların mövzusu AÇIQLANDI
- Bundesliqa təmsilçisi yeni transferini rəsmən AÇIQLADI
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir.
Nazir qeyd edib ki, maliyyə resurslarına çıxış gələcəkdə də təmin ediləcək: “Bununla belə bankların təşəbbüslərindən də faydalanmaq səmərəli olardı”.