“Windows” 10 və 11-in cari versiyalarının istifadəçiləri sistemdəki kritik problemlərdən şikayət ediblər.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, kompüter sahiblərindən şikayətlər kiçik bir yeniləmə “KB5039302″nin buraxılmasından sonra ortaya çıxıb. Yeniləmə “Windows” 10 və 11 əməliyyat sistemləri üçün əlçatan olub. Başqa sözlə, sistem daim yenidən başlayacaq.
“Microsoft”, problemin ən çox “Windows 11 22H2” və “23H2” əməliyyat sistemləri ilə işləyən kompüterlərdə olduğunu söyləyib.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
“Təsirə məruz qalan sistemlər dəfələrlə yenidən işə düşə bilər və normal istifadəni bərpa etmək üçün bərpa əməliyyatları tələb edə bilər”, – deyə korporasiya qeyd edib.
Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda problemin həlli üçün heç bir həll yolu yoxdur. Nəticədə “Microsoft” “KB5039302” yeniləməsinin yayımını dayandırıb. Problemli yeniləməni artıq quraşdırmış istifadəçilərə onu silmək və “Windows”un əvvəlki versiyasına qayıtmaq tövsiyə olunub.
Yusif EYVAZLI