İnterpolun genişmiqyaslı əməliyyatı nəticəsində onlayn dələduzluqda şübhəli bilinən 4 minə yaxın şəxsi polis saxlayıb.
Viral.az xəbər verir ki, bu barədə qurumun yaydığı kommünikedə deyilir.
Rəsmi məlumata görə, kiber fırıldaqçılıqla mübarizə üzrə qlobal əməliyyat 61 ölkədə həyata keçirilib, “257 milyon dollar müsafdirə olunub və 3950 şübhəli saxlanılıb”, – İnterpol bəyan edib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İnterpolun məlumatına görə, onlayn fırıldaqçılarla mübarizə əməliyyatı 2023-cü ildə başlayıb və bu ilin mayında başa çatıb. Polis investisiya dələduzluğu ilə məşğul olan və saxta onlayn alış-veriş saytları yaradan cinayətkarları müəyyən edib.