“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”.
Viral.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb.
O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu yoxdursa, ona protokol tərtib edə bilməz.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Və yaxud DYP əməkdaşı iddia edə bilməz ki, siz yolda sürət həddini keçmisiniz və sizə əllə protokol yazırıq. Çünki vizual olaraq sürət həddinin aşılmasını müəyyən etmək mümkün deyil, belə bir anlayış yoxdur. Bu hal yalnız xüsusi texniki vasitə ilə aşkar edilə bilər”.