Azərbaycanda xidməti parklanma yerləri müəyyən edilir.
Viral.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, xidməti parklanma yerləri 5.15 yol nişanına 7.5.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını, habelə xidməti parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Xidməti parklanma yerlərində xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin parklanması qadağandır.
Son Yazılar:
- Azərbaycanda 80 MİNLİK XINA: ""Tanrı, məni quş elə" deməyimi istəyirlər" – VİDEO
- Ərdoğan ilə Mark Rütte Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə EDƏCƏK
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
Ətraflı
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.