Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub.
Ramil Hacıyev Türkiyənin 19 Mayıs Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr, “Xarici dilin tədrisi metodologiyası” ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.
Son Yazılar:
- İlham Əliyev paylaşım etdi – VİDEO
- “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir
- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
R.Hacıyev “British School”, SABAH qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib.