“Sülh körpüsü” Azərbaycan bayrağına büründü

Mayın 28-də Tbilisinin televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Viral.az xəbər verir ki, teleqüllə və körpü 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.

Son Yazılar:

 

Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng – gözəllik verib.