Tiiflis metropolitenində vaqonlar tam yenilənəcək

Gürcüstanın paytaxtı Tiiflisin metropolitenində vaqonlar tam yenilənəcək.

 

Viral.az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi məlumat yayıb.

Son Yazılar:

 

Tiflis meriyası 97 vaqon almaq niyyətindədir. Yeni qatarlar 2030-cu ilin sonuna qədər Tiflisə mərhələli şəkildə gələcək.

 

Söhbət 4 vaqondan ibarət 13 qatar və 5 vaqondan ibarət 9 qatardan gedir (Axmeteli-Varketili xətti üçün).

 

Meriya artıq elan edib ki, uyğun şirkət axtarır. Şirkətlər öz təkliflərini iyulun 29-dək Satınalmalar üzrə Dövlət Agentliyinin internet saytında təqdim edə bilərlər.

 

“Metro vaqonlarının yenilənməsi üçün bütün resurslar tükənib, bəzi vaqonların da istismar müddəti başa çatacaq”, – mer Kaxa Kaladze deyib.