“Biz görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdik”.
Viral.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. İqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”, – dövlət katibinin köməkçisi deyib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Ceyms O’Brayn bildirib ki, Azərbaycan Avropanın vacib qaz təchizatçısına çevrilib.
“Avropa ölkələrinin bəziləri Rusiya qazından tamamilə imtina edib, bəziləri alınan qazın həcmini azaldıb. Azərbaycan Avropa üçün enerji şaxələndirilməsində aparıcı rol oynayan ölkələrdən birinə çevrilib”, – diplomat vurğulayıb.
Amerikalı diplomat Fransanın Ermənistanı silahlandırması ilə bağlı Rəsmi Bakının narahatlığına da münasibət bildirib. O deyib ki, hər bir ölkənin özünümüdafiə hüququ var: “Biz görürük ki, Azərbaycan da bu istiqamətdə işləyir”.
“Biz Ermənistanın Fransadan silahları alması ilə bağlı xəbərləri eşitdik. Bu həm də onun göstəricisidir ki, tərəflər arasında bir-birinə etimad azdır və bu da anlaşılandır, çünki ortada 30 illik bir münaqişə var”, – Ceyms O’Brayn əlavə edib.
Dövlət katibinin köməkçisi deyib ki, tərəflər sülh istiqamətində və etimad quruculuğu istiqamətində işləyir. O, Ermənistanın Azərbaycanın COP-29-a ev sahibliyini dəstəkləməsini, erməni saxlanılanların buraxılmasını, demarkasiya prosesini xatırladıb və bu addımları müsbət qiymətləndirib.