Tərəfdaşlar Ukraynaya hər il 60 milyard dollarlıq hərbi dəstək verməyi planlaşdırırlar

“Növbəti 4 il ərzində beynəlxalq tərəfdaşlar Ukraynaya hər il 60 milyard dollar məbləğində ümumi hərbi dəstək verməyi planlaşdırırlar”.

 

Viral.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

Son Yazılar:

 

Baş nazir hökumətin iclası zamanı bildirib ki, Ukrayna artıq müttəfiqləri ilə, xüsusən də Avropa İttifaqı və ABŞ ilə 20 təhlükəsizlik sazişi imzalayıb.

 

O əlavə edib ki, bu il ölkə Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə etdiyi mənfəət hesabına müttəfiqlərindən əlavə 50 milyard dollar alacaq.