Bu ölkədə pivə satışı ARTIR

Hindistanda rekord istilər fonunda pivə və kondisionerlərə tələbat xeyli artıb. 

Viral.az “Reuters”ə istinadən xəbər verir ki, ölkə vətəndaşları bir sıra mallar almağa tələsirlər.

Son bir neçə həftədə Hindistanda havanın temperaturu 50 dərəcəyə yaxınlaşıb. İqlim dəyişikliyi fonunda bu yay ölkədə pivə satışının 10 faiz artacağı proqnozlaşdırılır. Bu məhsula tələb pandemiyadan bəri ən yüksək səviyyədədir.

Son Yazılar:

Kondisioner istehsalçıları da alış aktivliyinin artdığını qeyd ediblər. Bazar iştirakçıları bildiriblər ki, belə yüksək tələbat son 30 ildə ilk dəfədir müşahidə olunur. Aprel-iyun aylarının sonuna qədər kondisionerlərə marağın əvvəllər proqnozlaşdırılan 25-30 faiz əvəzinə 50 faiz artacağı gözlənilir.

Alkoqolsuz içkilər, dondurma və günəş kremlərinin populyarlığı da artıb.

Yusif EYVAZLI