Ərdoğan Əsədlə görüşü istisna etmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Dəməşq arasında siyasi əlaqələrin bərpasını istisna etmir.

 

Viral.az xəbər verir ki, Türkiyə Lideri cümə namazından sonra jurnalistlərə açıqlamasında iki qonşu ölkə arasında dialoqun bərpasının qarşısında heç bir maneənin olmadığını bildirib.

Son Yazılar:

 

“Əlaqələrin qurulması üçün (Suriya ilə – red.) hər hansı bir məhdudiyyət yoxdur. Biz keçmişdə olduğu kimi, birgə hərəkət etməyə, əlaqələri inkişaf etdirməyə hazırıq. Türkiyə Suriyanın daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Bu cür məqsəd heç vaxt qoyulmayıb”, – deyə Türkiyə Prezidenti bildirib.

 

Ərdoğan Suriya xalqını qardaş xalq adlandırıb, Türkiyə ilə Suriya arasında münasibətlərin keçmişdə fəal şəkildə inkişaf etdiyini, iki ölkə liderlərinin isə ikitərəfli görüşlər keçirdiklərini xatırladıb.

 

“Bildiyiniz kimi, keçmişdə biz ailə üzvlərimizin iştirakı ilə cənab (Bəşər) Əsədlə danışıqlar aparmışıq. Yəni, dialoqdan qəti şəkildə imtina etmək düzgün deyil, təmaslar mümkündür”, – deyə Prezident vurğulayıb.