İlon Mask gənclik fotosunu PAYLAŞDI

Milyarder İlon Mask 1994-cü ilin iyul ayının sonunda çəkilmiş, əvvəllər dərc olunmamış şəklini nümayiş etdirib.

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, o, şəkli “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yerləşdirib.

Fotoda o zaman 23 yaşı olan gələcək milyarder ABŞ bayrağının yanında dənizin fonunda dayanıb. 1989-cu ildə Cənubi Afrikadan Amerikaya köçüb və 1994-cü ilə qədər bir neçə il Pensilvaniya Universitetində oxuyub.

Son Yazılar:

Bu, Maskın gəncliyində hələ keçəllik əlamətlərinin görünmədiyi nadir fotosudur. Beş il sonra çəkilmiş fotoşəkillərdə saçları nəzərəçarpacaq dərəcədə seyrelib.

(redaktor.az)